İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI

İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
"Düşünürəm ki, Ermənistandakı parlament seçkilərini gözləmək lazımdır. Biz başa düşürük ki, Ermənistandakı bu period həssasdır”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib. 

İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasından danışırsa, bu, onu danışan şəxsə populyarlıq qazandırmayacaq. 

"Ölkə lideri dövləti düşünməlidir, özünün siyasi karyerasını düşünməməlidir”, - deyə İlham Əliyev əlavə edib. 

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır. 

"Eyni zamanda Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Siz bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Qarabağın statusu isə müzakirə mövzusu ola bilməz”. 

Dövlət başçısı qeyd edib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır. oxu.az

OXŞAR XƏBƏRLƏR

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...