İlham Əliyev Nazarbayevə zəng vurdu

İlham Əliyev Nazarbayevə zəng vurdu

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

Sfera.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

“Telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev Nursultan Nazarbayevi yeni il münasibətilə təbrik edib. Dövlət başçıları, həmçinin, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd edilib.

Telefon danışığının Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR