Prezident Türkiyə nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident Türkiyə nümayəndə heyətini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

 

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əliyev müharibədən sonra BMT-də ilk çıxışında dünyaya hansı mesajları verəcək?

"İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasında sonuncu çıxış...

Allahşükür Paşazadə iranlı din xadiminə cavab verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə son günlər baş verənlərlə bağlı din xadiminə cavab verib.   Sfera.az xəbər verir ki, müraci...

ATƏT son ümidini danışıqlar üçün Bakıya göndərir – Henriksen niyə gəlir?

"Kari Henriksenin Azərbaycana səfəri təsadüfi deyil. Onun ölkəmizə səfərinin məqsədi uzun müddətdir, proseslərdən kənarda qalan ATƏT-in Minsk qrupunun regiona...

Baydenin İrəvana göndərdiyi məktub Paşinyana cəsarət verib? – “Məhz həmin məktubdan sonra...”

"ABŞ Ermənistanla Azərbaycan arasındakı sülh imkanlarına mənfi təsir edir”. Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə ABŞ prezident...

SSRİ-nin ən ötkəm qadın naziri niyə intihar etmişdi? – Xruşovun sevgilisi, yoxsa xilaskarı?

1950-ci illərdən sonra SSRİ-nin siyasi elitasında tanınmış simalardan biri də Yekaterina Furtseva olub. Əslində, kənardan çox xoşbəxt və şanslı görünən Furts...

İran diplomatının müəmmalı Bakı səfəri – Sürücüləri azad etdirməyə gəlir?

"Tehran səfir səviyyəsindəki danışıqlarda istəyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə "əzələ nümayişi”nə əl atdı”. Sfera.az bildirir ki, bu...