İlham Əliyev koronavirus virusuna görə müşavirə çağırdı - EPİDEMİYANIN QARŞISI NECƏ ALINMALI?

İlham Əliyev koronavirus virusuna görə müşavirə çağırdı - EPİDEMİYANIN QARŞISI NECƏ ALINMALI?
 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

-sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

-ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

-xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

-səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

-virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

-vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.


OXŞAR XƏBƏRLƏR

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...