İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərdi

İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərdi
 

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub göndərib.


 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsindəfəaliyyətə başlamanız münasibətilə Siziürəkdən təbrik edirəm.


 

Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


OXŞAR XƏBƏRLƏR