İlham Əliyev Həsən Ruhaniyə zəng vurdu

İlham Əliyev Həsən Ruhaniyə zəng vurdu
 

Tehran Bakı ilə münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verir.

Bu barədə İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib. Virtualaz.org xəbər verir ki, telefon danışığı haqda İran prezidentinin rəsmi saytı məlumat yayıb.

"İran Azərbaycanla münasibətlərin genişləndirilməsinə dair səylərə böyük önəm verir. Xoşbəxtlikdən biz əməkdaşlığın genişləndiyini müşahidə edirik”,-Ruhani telefon danışığı zamanı bildirib.

İran prezidentinin mövqeyinə görə iki ölkə rəsmi şəxsləri arasında səfərlər mübadiləsi münasibətlərin genişləndirilməsi üçün effektiv alətdir. Ruhani habelə iki ölkə arasında imzalanmış razılaşmaların yerinə yetirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

"Azərbaycan həmişə İran üçün dost və qardaş ölkə olub, bu dostluq daha da dərinləşəcək”,-Ruhani deyib.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, İran-Azərbaycan münasibətləri dərinləşir və bu da Tehranla Bakının birgə səylərinin nəticəsidir.

"Heç bir şübhə yoxdur ki, iki ölkə və xalqlar arasında münasibətlər əvvəllər olduğu kimi bundan sonra da inkişaf edəcək”,-Azərbaycan prezidenti əlavə edib.


OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...