No Image
No Image

İlham Əliyev: "Həlledici sözü biz deməliyik"

İlham Əliyev:
"Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf, - Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, biz danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab edirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər".

Sfera.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində deyib.

"Çünki bu həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik", - Prezident əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Qənirə Paşayeva həftəlik hesabat verdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gün içində yüzdən çox vətəndaşımızı onlayn şəkildə qəbul edərək, görüntülü danışıb, onların mü...

Paşinyan Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 30 noyabr - 4 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq. Sfera.az Xarici mətbuata istinadən xəbər verir k...

Rusiyalı politoloq: “Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır”

"Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma Türkiyə, Rusiya və İranın sənət əsəridir. Mənim anlayışıma görə, bu həm Azərbaycanın, həm Rusiy...

Türkiyənin ən böyük 4 partiyası Fransa Senatının Qarabağ qərarını PİSLƏDİ

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət...

Mikayıl Cabbarov Qətərin səfiri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. ...

Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasına qatıldı

Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətləri...