İlham Əliyev Gəncənin \"2016-cı il Avropa gənclər paytaxtı\" seçilməsi ilə əlaqədar sərəncam imzaladı

İlham Əliyev Gəncənin \

Prezident İlham Əliyev Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl tədbirlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə geniş əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfə verirlər. 

Son dövrlər Azərbaycan region, qitə və dünya miqyaslı forumlara, konfranslara, zirvə toplantılarına, idman yarışlarına və gənclərlə bağlı müxtəlif tədbirlərə ev sahibliyi etmişdir. Ötən illərdə Bakı şəhərində Gənc alimlərin beynəlxalq forumu, Gənclər siyasəti üzrə birinci qlobal forum və Kompyuter oyunları üzrə VI dünya çempionatı keçirilmişdir. 2013-cü il noyabrın 21-də qitədəki gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016-cı il Avropa gənclər paytaxtı" elan edilmişdir. Beləliklə, Gəncə 2016-cı il ərzində Avropa gənclərinin diqqət mərkəzində olacaqdır. Bu isə bir şəhərin simasında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsinə, ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üzrə nəzərdə tutulmuş vəsait hesabına Gəncə Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayırsın.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər hazırlayıb həyata keçirsinlər, habelə Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərsinlər.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna tövsiyə edilsin ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun.

4. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə bağlı keçiriləcək tədbirlərin işıqlandırılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".


OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...