İlham Əliyev çempionumuzla telefonla danışdı - FOTO

İlham Əliyev çempionumuzla telefonla danışdı -  FOTO

Azərbaycan taekvondoçusu, "Neftçi İdman Klubu"nun üzvü Ayxan Tağızadə bütün rəqiblərinə qalib gələrək Avropa Oyunlarının çempionu olub.

Yarışdan dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev idmançımızla telefonla danışaraq onu bu möhtəşəm zəfər münasibəti ilə təbrik edib.

Dövlət başçısı Ayxan Tağızadəyə gələcək yarışlarda uğurlar arzulayıb. Avropa Oyunlarının çempionu Ayxan Tağızadə qazandığı qızıl medalı Azərbaycan Respublikasının prezidentinə və xalqımıza həsr etdiyini bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR