İlham Əliyev: \"Bu gün savad, bilik hər şeyi həll edir\"

İlham Əliyev: \
Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir.

Sfera.az xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 28 saylı tam orta məktəbin açılış mərasimində çıxışı zamanı söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.

Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına səfərləri, həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar, mətbuata bəyanatların mətnləri toplanıb.

Nəşrdə Azərbaycan Prezidentinin Yaponiya, İsrail, Avstriya, Bolqarıstan, ABŞ və digər dövlətlərin, ATƏT-in, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair materiallar yer alıb.

Prezident İlham Əliyev bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu kitabda dövlətimizin başçısının Bakı şəhərinin erməni işğalçılarından azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş təntənəli iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.

Azərbaycan Prezidentinin Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara rayonlarına, Quba şəhərinə səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin mətnləri də bu nəşrə daxil edilib.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 89-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.(azvision.az)


OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...