İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina etdi

İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina etdi

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşünü ləğv edib. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti  rəhbərinin kommunikasiya şöbəsi bildirir.

Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.

Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycan prezidenti ilə Antonio Tajani ilə görüşlə eyni vaxtda "Meydan TV”nin rəhbəri Emin Millinin iştirakı ilə nəzərdə tutulan tədbirin nəzərdə tutulması olduğunu bildirir. Xəbər verdiyimiz kimi bu tədbirə Bakıdan "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılıın da qatılacağı gözlənilirdi. İnsan haqları ilə bağlı tədbirdə Avropa Parlamentinin ermənipərəst deputatlarının da iştirakı nəzərdə tutulurdu.

Bundan əvvəl prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Moqerini ilə görüşüb. İlham Əliyev bazar günündən etibarən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdədir. O, Avropa İttifaqı və Azərbaycan arasında yeni əməkdaşlıq razılaşması barədə danışıqlar aparır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...