İlham Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

İlham Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo” xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin Azərbaycana səfərindən bir neçə həftə sonra ölkəmizə səfərə gəlmək imkanı əldə etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib. Herbert Salber Federika Moqerininin ölkəmizə səfərindən sonra əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların açıldığını deyib. O, bildirib ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işinə öz töhfəsini verə bilər.
Dövlət başçısı Federika Moqerininin Azərbaycana səfərinin uğurlu və məhsuldar olduğunu vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən İlham Əliyev gələcək tərəfdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyib
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...