İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşdü - YENİLƏNİB

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşdü - YENİLƏNİB
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Sfera.az  xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.
 
 
 
 19:25
 
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident ona “Şöhrət” ordeni verdi - SƏRƏNCAM

Səyyad Adil oğlu Salahlı (Səyyad Aran) "Şöhrət” ordeni ilə təltif edilib. Sfera.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalay...

Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - YENİLƏNİB 2

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ya...

Prezidentdən rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə məktub

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim "Vahid Rusiya” partiyasının üzvü Yeni il gü...

İlham Əliyev Rusiyaya getdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peter...

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Şuşaya getdilər - FOTOLAR

18:00   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabr 24-də Hadrut qəsəbəsinə səfərdən sonr...

İlham Əliyev, Paşinyan və Şarl Mişelin üçtərəfli görüşü başladı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. ...