İldə 2 dəfə peyvəndlənmə olacaq - \"Bu rejimdə onillərlə yaşamağa hazır olmalıyıq\"

İldə 2 dəfə peyvəndlənmə olacaq - \
"Peyvənd əleyhinə xeyli sözlər deyilsə də, "könüllü” olan peyvəndlənmə qərarının əslində "nisbi könüllü” olduğu məlum oldu. Bu anlaşılan qərardır və müxtəlif fəaliyyət sahələrində peyvənd tələbini şiddətlə dəstəkləyirəm”.
 
Sfera.az bildirir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib ki, koronavirusa qarşı immun qoruma mexanizmi sonsuza qədər deyil, bir-neçə ay davam edir:

"Şiddətli xəstəliyə qarşı qoruma ən çox 6 ay çəkir. O zaman peyvəndlənmə necə həyata keçiriləcək? Bununla bağlı müxtəlif ssenarilər mümkündür. Lakin məncə qrafik belə olacaq. Birincisi, 3-4 həftə ara ilə 2 peyvənd dozu tətbiq ediləcək, ikinci dozdan 6 ay sonra üçüncü doz tətbiqi və yenə 6 ay sonra peyvənd tətbiqi. Burada tək və ya yenə 2 doz tətbiq edilib edilməyəcəyinə dair hələlik heç nə deyə bilmərəm. Mahiyyətcə ildə 2 dəfə peyvəndlənmə olacaq”.

Mütəxəssis qeyd edib ki, COVID pasportu alınması üçün bu şərt yaxın zamanlarda artıq qanunvericilik aktı kimi qarşımıza çıxacaq:

"Bu şərti qanunvericiliyinə daxil edib təsirli nəzarət mexanizmi qurmayan ölkələrə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Bu rejimdə onillərlə yaşamağa hazır olmalıyıq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...