İl ərzində dövlət büdcəsinə daxil olan verginin miqdarı AÇIQLANDI

İl ərzində dövlət büdcəsinə daxil olan verginin miqdarı AÇIQLANDI
Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5,833 mlrd. manat vergi daxil olub, proqnoza 123,7% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 % və ya 690,1 mln. manat artıb.

Sfera.az-ın Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, cari ilin səkkiz ayında qeyri-neft sektorundan daxilolmalar 4,264 mlrd. manat olub, proqnoza 117,7% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11% və ya 421,8 mln. manat artıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 3,264 mlrd. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 mln. manat olmaqla, proqnoz 117,2% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2% artıb.

Ödənilən vergilərin 73,1%-i qeyri-neft sektorunun, 26,9%-i neft-qaz sektorunun payına düşüb.
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...