No Image
No Image

İkinci doza qəbulunda fərqli vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama

İkinci doza qəbulunda fərqli vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama
Ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə yeni peyvəndlərin tətbiqinə başlanması vətəndaşlar arasında bəzi suallar yaradıb. Məsələn, sual olunur ki, birinci dozanı "Sinovak" peyvəndindən alan şəxslər ikinci dozanın qəbulu zamanı fərqli vaksin qəbul edə bilərmi?

Sfera.az-ın məlumatına görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, ölkəmizə yeni gətirilən "AstraZeneca" və "Sputnik-V" peyvəndləri fərqli təsirə malik olduğu üçün vaksinləri qarışdırmaq olmaz.

O hesab edir ki, peyvəndlərin qarışdırılması koronavirusa qarşı müqaviməti gücləndirmir, əksinə, effektivliyi aşağı salır. Eyni dozanı vurduran şəxslər isə virusdan özlərini daha yaxşı qoruya bilirlər. 

Vətəndaşlar üçün aydın olmayan məsələlərdən biri də "Sinovac" peyvəndinin hər iki dozasını vurduranların sonradan fərqli peyvəndi qəbul edib-edə bilməyəcəyi ilə bağlıdır.

Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, "Sinovac" vaksininin hər iki dozasını qəbul edən şəxslər 6 ay sonra yeni peyvəndlər üçün müraciət edə bilərlər.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
 
(Xəzərxəbər)

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İki əsgərimiz şəhid oldu - RƏSMİ

15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə...

Rusiya MN-dən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA

Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda d...

Şuşadakı “Xarıbülbül” festivalından - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül” musiqi festivalı keçirilib. Festivala Azərbaycan Prezidenti İlham Əliye...

Prezident Culfa-Ordubad avtomobil yolunun açılışında iştirak etdi

Prezident İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib. Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikas...

Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi

Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir”. Sfe...

"Şuşaya həyat və gülüş yenidən qayıdır”

Bu gün Şuşanın işğalından 29 il ötmür. Şuşa artıq tarixi sahiblərindədir. Bu zəfər, bu tarixi hadisə Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun əzminin...