İKİNCİ DALĞA - 100 mindən çox çinli yenidən karantinə alındı

İKİNCİ DALĞA - 100 mindən çox çinli yenidən karantinə alındı

Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, koronavirusun təkrar yayılması səbəbindən 108 milyondan çox çinli özünütəcrid vəziyyətinə salınıb. Bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.


Agentliyin məlumatına görə, hakimiyyət ölkənin şimal-şərqində sərt karantin tədbirləri tətbiq edib. Tzilin əyalətində avtobus və dəmir yolu xidmətləri dayandırılıb, məktəblər bağlanıb və vətəndaşlar təcrid edilib.


"Bu ciddi məhdudiyyətlər ölkədə epidemiyanın ən təhlükəli hissəsinin geridə qaldığına inanan bir çox yerli sakini həyəcanlandırıb", - deyə, materialda bildirilir.


Bloomberg-in məlumatına görə, əyalətdə 34 yeni COVID-19-a yoluxma halı qeydə alınıb və yeni məhdudiyyətlər Çin hakimiyyətinin epidemiyanın ikinci dalğası ehtimalından ehtiyatlandığını sübut edir.

 

"Bu həmçinin Çində və digər ölkələrdə normal həyata qayıdış prosesinin nə qədər kövrək olacağından xəbər verir, çünki məlum infeksiyanın yeni dalğasının başlanmasına ən cüzi işarə belə ciddi izolyasiyanın qaytarılmasına səbəb ola bilər",-deyə, məqalədə vurğulanır.


Tzilin əyalətinin şəhərlərindən birində səlahiyyətlilər koronavirusaq yeni yoluxma hallarının qeydə alındığı bütün yaşayış komplekslərini bağlamaq qərarına gəliblər. Bu vəziyyətdə ailənin yalnız bir üzvü iki gündə iki saat alış-veriş edə bilər. Bundan əlavə, bölgədə çatdırılma xidmətlərinin əksəriyyəti bağlanıb, insanlar xəstəliyin əlamətlərini gizlədib özünümüalicə ilə məşğul ola bilməsinlər deyə, apteklərdə vərəm əleyhinə dərmanların satışı dayandırılıb.


Xatırladaq ki, Koronavirus SARS-CoV-2 ( COVID-19-un tətikləyicisi ) ilk dəfə dekabrın sonunda Çinin Uhan şəhərində aşkar edilib. Mart ayının əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı sözügedən virusun yayılmasını pandemiya elan edib. ÜST-na görə, dünya üzrə demək olar, 4,6 milyon insan məlum virusa yoluxub, 311 mindən çox koronaviruslu xəstə dünyasını dəyişib.


 

Qeyd edək ki, Çində baş verən epidemiya zamanı 82 954 koronavirusa yoluxma halı qeydə alınıb, koronaviruslu xəsdtələrin 78 227 nəfəri sağalıb, 46 33 nəfər isə dünyasını dəyişib.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...