İkinci Avropa Oyunları başlayır

İkinci Avropa Oyunları başlayır

Bu gün Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına start veriləcək.

"Yeni Sabah" xəbər verir ki, 4 il əvvəl ilk dəfə Bakıda təşkil olunan yarışın açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da olacaq. Buna qədər isə bəzi idman növlərində yarışlar başlayacaq.

İlk gündə üç idman növündə mübarizə start veriləcək – basekotbol, oxatma və boks. 

Təmsilçilərimizdən Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında yarışacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start veriləcək.  

Saat 15:00-da boks yarışları başlayacaq. Kişi boksçular 56 kq, 69 kq, 75 kq, 91 kq və +91 kq çəki dərəcələrində ilk mərhələ döyüşlərinə çıxacaqlar.

Kişilərin bütün çəki dərəcələrində təmsil olunan Azərbaycanın üç boksçusu ilk gündə rinqə çıxacaq. Hər üç təmsilçimiz  bolqarıstanlı idmançı ilə qarşılaşacaq. 1/16 final döyüşlərində Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.

Lorenzo Sotomayor (69 kq) ilkin mərhələdən azaddır.  Kamran Şahsuvarlı (75 kq) isə 1/16 finalda  Giorgi Harabadze (Gürcüstan) - Miroslav Saviç (Serbiya) duelininin qalibi ilə qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR