İki vaksinin kombinəsi əks təsir göstərə bilərmi? - Həkimdən AÇIQLAMA

İki vaksinin kombinəsi əks təsir göstərə bilərmi? - Həkimdən AÇIQLAMA
Əvvəllər sual verilirdi ki, vaksin vurduraq, ya yox? İndi bu sual azalıb.

Hazırda aktual olan sual: Birinci doza "Sinovac” almışamsa, ikinci doza kimi "Pfizer” ala bilərəmmi?

Qısa cavab verim. Bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir.

Buna görə tədqiqatlar da aparılıb. Məlum olub ki, ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (Pfizer) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq.

"XəzərXəbər" bildiri ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim bildirib ki, tədqiqatda vektor + mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub:

"Delta variantından qorunmaq üçün vaksinlərin dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə "Sinovac”, sonra "Pfizer” vurulması daha məsləhətdir. Nəinki əvvəlcə "Pfizer”, sonra "Sinovac”. Həm də iki vaksinin kombinə edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.

Hansı vaksini məsləhət görürsünüz sualının cavabı budur: Əvvəlcə "Sinovac”, sonra "Pfizer”. Mən tibbi tərəfini izah etdim. Amma bilmirəm siz ikinci dozanı fərqli istəsəniz, poliklinkada işləyənlər, vaksin vuranlar sizə nə cavab verəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatı ikinci vaksin seçimi qərarını qarışıqlıq olmasın deyə vətəndaşların yox, yerli səhiyyə rəhbərlərinin, qurumlarının verməsini məsləhət görüb”.

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...