İki şəhidimizin il mərasimi keçirildi - FOTO

İki şəhidimizin il mərasimi keçirildi - FOTO
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları Teymur Abbasov və Yusif Nəcəfovun il mərasimi keçirilib.
 
Sfera.az xəbər verir ki, mərasim çərçivəsində II Fəxri Xiyabanda dəfn edilən şəhidlərin məzarları ziyarət edilib, xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.Azərbaycanın dövlət himni səsləndirilib. Şəhid hərbi qulluqçu Yusif Nəcəfov "Vətən uğrunda", "Kəlbəcərin azad olunması uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları, Teymur Abbasov isə "Vətən uğrunda", "Füzulinin azad olunması uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişlər.
 
ALLAH bütün şəhidlərimizə rəhmət eləsin,doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa versin.

OXŞAR XƏBƏRLƏR