İki rayona sel gəldi, ölən var - VİDEO

İki rayona sel gəldi, ölən var - VİDEO
Gecə saatlarından etibarən Balakən və Zaqatala rayonlarına yağan leysan ciddi fəsadlara səbəb olub.

Sfera.az xəbər verir ki, Baku TV-nin şimal-qərb bürosunun məlumatına görə, yağan leysan yağışları nəticəsində Katex çayı məcrasından çıxaraq daşıb. Yağışlar Zaqatala rayonu ərazisindən axan çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub.

Belə ki, Mazıx, Qəbizdərə, Meşleş, Yolayrıc kəndlərində həyətyanı sahələrə, əkin sahələrinə və evlərə yağış suları dolub. Kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Leysan yağışları Qəbizdərə kənd sakini 1968-ci il təvəllüdlü Abdulxanov Abdulbari Müslüm oğlu həyatını itirməsinə, bir nəfərin isə köməksiz qalmasına səbəb olub.

Yağan yağışlar səbəbindən Balakəndə 600 hektar əkin sahələri su altında qalıb, yaşayış evlərindən birində ildırım vurması nəticəsində yanğın olub. Balakən və Zaqatalada 8 elektrik dirəyi aşıb, 3 transformatoru isə ildırım vurub. Hazırda aidiyyəti qurumlar tərəfindən leysan yağışlarının bölgələrdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Nazirliyin "112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.  

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunun giziri intihar etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.  Bu barədə  Müdafiə ...

Bakıda dəhşətli qəzada ölənlərin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş ver...

İki rayona sel gəldi, ölən var - VİDEO

Gecə saatlarından etibarən Balakən və Zaqatala rayonlarına yağan leysan ciddi fəsadlara səbəb olub. Sfera.az xəbər verir ki, Baku TV-nin şimal-qərb bürosu...

Nazirlik məşhur market rəhbərliyi barədə prokurorluğa müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi ilə bağlı toplanmış sənədləri prokurorluğa göndərib. Sfera.az-ın məlumatına görə, nazirliyin Dö...

Qəbələdəki yanğına görə helikopter qaldırıldı - YENİLƏNDİ

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi...

Polisi döyən deputat saxlanıldı

Toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili Eldəniz Səlimov törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.  ...