İki nəfəri xilas edən QƏHRƏMANIMIZ!

İki nəfəri xilas edən QƏHRƏMANIMIZ!

"İki gün əvvəl 11 avqustda SOCAR Bakı Ali Neft Məktəbinin Fiziki tərbiyə və idman kafedrasının baş müəllimi, su polosu üzrə idman ustası, 2017-ci il İslam Oyunlarında su polosu üzrə Azərbaycan yığmasının məşqçisi olmuş 63 yaşlı Pyotr Anatolyeviç Kuvşinov qəhrəmanlıq göstərərək 2 insan həyatını xilas etmişdir”.


Sfera.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov özünün sosial şəbəkə hesabında yazıb. O, baş vermis hadisənin təfərrüatlarını aşağıdakı kimi təsvir edib:


...Xəzər sahilində "Mayak” çimərliyi yaxınlığında ailəsi ilə birgə dincələn Pyotr dənizdən gələn kömək çağırışlarını eşidir. Təcrübəli üzgüçü dərhal vəziyyəti qiymətləndirir və köməyə tələsir. Sahildən boğulanların yerini müəyyənləşdirir – onlar 3 nəfər idilər. Güclü külək onları sahildən dənizin daxilinə tərəf uzaqlaşdırırdı. Pyotr həyat yoldaşına onu dənizdə istiqamətləndirməyi tapşıraraq, gecikmədən dənizə baş vurur.


Suda üzərkən o, boğulanları görmürdü – dalğalar hündür idi, həyat yoldaşı sahildən onu istiqamətləndirirdi... O, ilk qurbana yetişir və bir qolu ilə qızı tutaraq, sürətlə sahilə doğru üzür. Qız sağ idi...


 

Əlbəttə, Pyotr yorulmuşdu, lakin digər qurbanları da xilas etmək üçün o yenidən dənizə baş vurur. Bu dəfə o daha uzağa üzməli olur, axı dəniz boğulanları sahildən uzaqlaşdırırdı. Pyotr ikinci qurbana çatır – bu qızın anası idi. O arxası üstə uzanmışdı, dalğalar onun üstündən aşır və ağzına su dolurdu. Bir az da geciksəydi, qadın boğulacaqdı. Pyotr qadını qoltuğuna alıb, başını çiyninə qoyaraq, arxası üstə ayaqlarının köməyilə üzməklə sahilə çatır və qadını xilas edir.

 

Sahilə çatanda Pyotr 3-cü qurbana yaxınlaşan FHN-nin skuterini görür və taqətdən düşür... Təəssüf ki, 3-cü boğulanı – qızın atasını xilas etmək mümkün olmur – o artıq boğulmuşdu...


 

Pyotr Kuvşinov Qarabağ müharibəsi veteranıdır, orden və medallarla təltif olunub, bir neçə dəfə yaralanıb və kontuziya alıb, qəlpələrdən biri indiyədək onun bədənində qalıb. 2 il əvvəl ona xərçəng diaqnozu qoyulmuşdu. Bu diaqnoz çoxları üçün ölüm hökmünə bərabərdir. Lakin mübarizə aparmağa alışmış Pyotr ruhdan düşmür və həyat uğrunda mübarizəyə başlayır... O 12 kimyaterapeya prosedurundan keçir... və nəhayət, 63 yaşında xəstəliyə qalib gəlir. İki il reabilitasiyadan sonra... dənizə dincəlməyə gəlir. O, 2 il idi ki dənizə getmirdi...


 

Bütün bunlara baxmayaraq, o başqalarının həyatını xilas etmək üçün öz həyatını riskə atır...


 

Allah Pyotr Kuvşinova can sağlığı və uzun ömür bəxş etsin. Belə insanlar durduqca insanlıq da yaşayacaq.




OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...