İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi

İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Zəfər günü ilə bağlı qəbul edilən Amnistiya aktının tətbiqi ilə 2 nəfər Vətən müharibəsi iştirakçısı cəzadan azad edilib.

Sfera.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

O bildirib ki, bununla yanaşı cəzadan azad edilənlərdən 92-i qadın, 566-sı kişi, 47-i 60 yaşdan yuxarı məhkumlardır.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.

OXŞAR XƏBƏRLƏR