İki nazirlikdən koronavirusdan vəfat edən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

İki nazirlikdən koronavirusdan vəfat edən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA
"Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub".

Sfera.azxəbər verir ki, bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub:
 
"İlkin diaqnoz "kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib".

"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib", - məlumatda vurğulanıb.

Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Kişi qazancını qadınla mütləq bölməlidir, İslam da bunu deyir" - Tanınmış aparıcı

"Qadını evdə işlədib, bu onun "borcudur" təfəkküründə olan  insanlarla çox uzağa getməyəcəyik”.   Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Tural ...

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edildi

"Cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumat əsasında Baş prokuror yanında...

Zəngilan aeroportu belə olacaq - FOTOLAR

Zəngilan Beynəlxalq Hava Limanının maketinin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, maket bu gün Bakıda keçirilən "Rebuild Karabakh” – Azərbaycan B...

“Reklam televiziyası nəyə gərəkdir, nə ehtiyac vardı?” – Ekspert

Azərbaycanda reklam televiziyasının yaradılması ilə bağlı iş aparılır. Bu barədə bir neçə gün öncə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnk...

"Kişi birbaşa maaşını qadına verməlidir” - Deputatın təklifinə REAKSİYALAR

"Kişi qadına pul ödəməməlidir. Kişi birbaşa maaşını ya kartını qadına verməlidir”.   Bunu Sfera.az-a açıqlamasında psixoloq Samirə Bağırova deputat Musa ...

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib. Sfera.az-ın məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri ...