Abşeronda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
22:45 / 09.09.2020
5476
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az apa-ya istinadla xəbər verir ki, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.