İki ildə 18 nəfəri öldürüb - Seçdiyi qurbanlar yalnız qocalar olub

İki ildə 18 nəfəri öldürüb - Seçdiyi qurbanlar yalnız qocalar olub
ABŞ ictimaiyyəti bu gün başlayacaq bir məhkəmə işinə köklənib. Bu gün iki il ərzində 17-si qadın olmaqla 18 nəfəri qətlə yetirən Billi Çemirmir məhkəmə qarşısına çıxarılıb. Qatilin kimləri qurban seçməsi və qətlləri necə törətməsi isə qan dondurur.

Sfera.az xəbər verir ki, Billi Çemirmir yalnız ahıl yaşda olan və əsasən baxım evlərində yaşayan qocaları hədəf seçirmiş. O, ABŞ-da 2016-2018-ci illərdə 17-si qadın olmaqla 18 qocanı öldürüb. ABŞ mətbuatında yer alan xəbərə görə, 48 yaşlı qatil Texas ştatının Dallas şəhərində 18 qurbanından biri olan Lu Thi Harrisin ölümü ilə bağlı mühakimə olunacaq.

Xoşbəxtlikdən qatilin hücum etdiyi bütün şəxlər qurbana çevrilməyib. Belə ki, qatil növbəti qurbanı kimi 91 yaşlı bir qadını seçir. Qayğıya ehtiyacı olan yaşlı insanlar üçün yardımçı yaşayış müəssisəsində qalan yaşlı qadına 2018-ci ilin mart ayında hücum edən manyak onu otağında yastıqla boğub. Huşunu itirən qadının öldüyünü zənn edən qatil ərazidən uzaqlaşıb. Lakin yaşlı qadın bir müddət sonra özünə gəlib və hadisə ilə bağlı polisi məlumatlandırıb.

Polis bu hadisənin izi ilə qatilin axtarışına çıxır. Növbəti gün polis qatili və onun oğurladığı qızıl-zinət əşyalarını tapır.

Hadisə ilə bağlı araşdırmaya başlayan polis 81 yaşlı Harrisin cəsədini Dallasdakı evinin yataq otağında aşkarlayır. Harrisin yastığındakı dodaq boyasının izləri 91 yaşlı qadına hücumda olduğu kimi onun da yastıqla öldüldüyünü üzə çıxarıb.

Bu və digər faktların aşkarlanmasından sonra polis manyakın yalnız ahıl yaşda olan qocaları hədəf seçdiyini və onların boğularan öldürüldüyünü müəyyən edib. Buna görə də polis bölgədə yaşlı insanlar arasında qeydə alınan yüzlərlə ölüm hadisəsini araşdırılacağını açıqlayıb.
 
Vasif
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xəyanətə ən meyilli bürclər bəlli oldu: Onlarla münasibət qurmadan öncə bir daha düşünün! - SİYAHI

Yaxın zamanlarda aparılan araşdırmaya əsasən, ən çox xəyanətə meylli olan bürclər açıqlanıb.     Sfera.az bildirir ki, araşdırmaya əsasən, bir in...

Çayı bu şəkildə dəmləyirsinizsə, xərçəng riskiniz var – Hamının etdiyi yanlış

Azərbaycan mətbəxinin ənənəvi içkiləri arasında çayın çox mühüm yeri var. Lakin içdiyimiz hər qurtumda bizi xoşbəxt edən çay səhv dəmləndikdə müxtəlif ...

Pələng ili hansı bürclərə şans gətirəcək? - Sevgi, pul, sağlamlıq...

2022-ci ildə bəzi bürclər unudulmaz hadisələr yaşayacaqlar. İlin sahibi pələngin olduqca aqressiv olduğunu və hərəkətsizliyi sevmədiyini xatırlamaqda fayda var....

Ən çox üzləşdiyimiz peşmanlıqlar – İş, səyahət, ailə...

Həyatda gəlib-gedən çox şeylər var. Qərarlarımız yolumuzu dəyişməyə səbəb olur, eləcə də bizi və həyatımızı formalaşdırır. Qanuni olduğu müddətcə hər zaman e...

Dünyanın ən yaşlı sakini öldü – 124 yaşında

Filippində dünyanın ən yaşlı sakini – 124 yaşlı Fransiska Susano vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Kabankalan şəhər meriyası məlumat yayıb...

Bu saqqızı çeynəyənlər koronavirusa yoluxdurmayacaq – Alimlərdən yeni icad

Elm adamları bütün dünyanı ağuşuna almış pandemiya ilə mübarizədə yeni üsullar hazırlamağa və ya köhnə üsulların effektivliyini ölçməyə davam edir.   ...