İki bacıya bəysiz toy etdilər - FOTO
21:15 / 15.02.2020
4591
Türkiyənin Adana şəhərində zehni qüsurlu iki bacıya bəysiz toy ediblər.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yüregir rayonunun Selahattin Eyyubi məhəlləsində baş verib.
Sümeyye və Kadriye adlı iki bacı anadangəlmə zehni qüsurlu olublar. Məhəllə muxtarının təşəbbüsü ilə onların evlənmə xəyalları gerçəkləşib.
"Bu toya vəsilə olmaqla həm əqli qüsurlu vətəndaşlarımızın xoşbəxtliyinə, həm də məhəllədə yaşayan insanların bir yerə toplaşmasına səbəb olduq" - deyə muxtar bildirib.
Toya dəvət olunanlar arasında rəsmi şəxslər də olub.