İki Avropa ölkəsində quş qripi epidemiyası yayıldı

İki Avropa ölkəsində quş qripi epidemiyası yayıldı
Belçika və Norveçdə quş qripinin yayılması qeydə alınıb.

Sfera.az-ın verdiyi xəbərə görə, infeksiya Norveçin Ruqaland bölgəsində çöl quşlarında aşkarlanıb.

Norveç Qida Təhlükəsizliyi İdarəsinin Heyvan sağlamlığı şöbəsinin müdiri Ole-Herman Tronerud əhaliyə müraciət edərək, ölü quşlarla rastlaşdıqları halda infeksiyaların olub-olmadığını yoxlamaq məqsədilə dərhal məlumat verməyi xahiş edib.
 
O, sözügedən qripin insana yoluxma riskinin çox az olduğunu desə də, xəstə və ölü quşlara toxunulmamasını məsləhət görüb.

Ölkənin bəzi bölgələrində quş ətinə qadağa tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, Belçikada da quş qripi xəstəliyinin yayıldığı məlum olub.

Reuters-in məlumatına görə, Fransa ilə həmsərhəd olan Menene şəhərində 600-ə yaxın quş infeksiyadan ölüb. İnfeksiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 151 min quş məhv edilib.



OXŞAR XƏBƏRLƏR