“III Dünya Müharibəsinin qoxusu gəlir” – ŞOK PROQNOZ

“III Dünya Müharibəsinin qoxusu gəlir” – ŞOK PROQNOZ

 

"Suriyada hazırda "soyuq müharibə”yə oxşar vəziyyəti müşahidə edirik. Düşünürəm ki, Qərb və xüsusilə ABŞ SSRİ-nin dağılmasından sonra "soyuq müharibə”ni dayandırmadır”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın "Komsomolskaya Pravda” nəşrinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

"Biz münaqişənin genişləndiyini görürük. Əsas məqsəd dünyanın üstündə Amerikanın hegemonluğunu saxlamaq, heç kəsə siyasi və ya beynəlxalq səhnədə partnyor olmağa icazə verməməkdir. Bu, bizim III Dünya Müharibəsi kimi təsvir etdiyimiz hadisənin qoxusudur. Amma bu, hələ birbaşa hərbi toqquşma deyil”, - Suriya prezidenti III Dünya Müharibəsi ilə bağlı səslənən fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Suriyanın dağıdılması həm İran, həm də Rusiyaya mənfi təsir edəcək. Bəşər Əsəd Suriyanın hədəf seçilməsinin əsas səbəblərindən biri kimi ölkəsinin müstəqil siyasət yürütməsini göstərib: "Suriya müstəqil ölkədir və Qərb heç vaxt hansısa ölkənin müstəqilliyi ilə barışmayacaq. Onların Rusiya ilə problemi nədir? Çünki Rusiya "bəli” və "yox” demək hüququndan istifadə edir. Amma Qərb istəyir ki, siz ona daim "bəli” deyəsiniz. Və Qərblə Suriya arasındakı problem də budur”.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...