II qrupa hazırlaşanlar ciddi problemlə üz-üzə? - Coğrafiya müəlliminin etirazı

II qrupa hazırlaşanlar ciddi problemlə üz-üzə? - Coğrafiya müəlliminin etirazı
"Coğrafiyaya digər fənlərə nisbətən laqeydlik var. Bu fənn buraxılış imtahanına əlavə olunmalıdır. Qəbul proqramının gecikdirilməsi isə həm müəllimləri, həm də şagirdləri narahat edir. Çünki nə edəcəyimizi, nədən işləyəcəyimizi demək olar ki, bilmirik. Gözləmək məcburiyyətində qalırıq. Vaxt isə gözləmir”

Bu sözləri  açıqlaması zamanı Coğrafiya müəllimi Tural Topçuyev deyib. Müəllimin sözlərinə görə, Coğrafiya dünya ölkələrində aparıcı fəndir:

"Coğrafiyaya digər fənlərə nisbətən laqeydlik var. Niyəsini biz müəllimlər də bilmirik. Lakin, dünyanın aparıcı ölkələrində buraxılış imtahanlarında əsas fənn hesab olunur.

Bu fənnə laqeydlik, elə proqramın gecikməsinə də təsir etdi. Vəziyyət həm müəllimləri, həm də şagirdləri narahat edir. Çünki nə edəcəyimizi, nədən işləyəcəyimizi demək olar ki, bilmirik. Sadəcə, fəal müəllimlər olaraq öz aramızda müzakirə aparıb ortaq məxrəcə gəlirik. Əsas çətinlik yeni proqramla ənənəvi proqram arasında olan ziddiyətli mövzulardır.

Əlimizdə olan test toplusu işə yaramır.  Yeniliklər var. Köhnədə başqa verilən testləri, indi başqa cür tədris edirik və ya yeni proqramda vacib olan bəzi mövzular barədə danışılmır. Lakin DİM-in təqdim etdiyi sinif testlərində o barədə suallar var. Belə vəziyyətdə gözləmək məcburiyyətində qalırıq. Vaxt isə gözləmir. Düşünürəm ki, yaxın vaxtlarda DİM  bu barədə rəsmi bir açıqlama verəcək”.

Tural Topçuyev Coğrafiyanın buraxılış imtahanına əlavə olunmasının mütləqliyi barədə danışıb:

"Coğrafiya buraxılış imtahanına əlavə olunmalıdır. Uzağa getməyək, elə qardaş ölkədə coğrafiya fənni buraxılış imtahanında var və ana dili qədər əsas götürülür. Sadə vətəndaş hansısa xarici dili bilməyə bilər, lakin öz  coğrafiyasını bilməlidir. Bu vacib məsələdir. Çünki hər sahədə, xüsusən də müharibə şəraitində olan ölkəmizdə hərbiçilərin belə coğrafiyanı bilməsi çox vacibdir”

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ixtisas qrupları üzrə qəbul proqramının yanvarda  nəşr olunacağını açıqlayıb.AzEdu.az

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...