İdxal 6 faiz aşağı düşüb, istehsal artıbmı? – İqtisadçıdan açıqlama
16:20 / 18.06.2021
2143
Ötən ilin eyni dövrü ilə müqayisədə, kərə yağı, düyü kimi digər ərzaq məhsullarının ölkəyə idxalı 6 faizədək aşağı düşüb. Yalnız buğda idxalında artım müşahidə
edilib.
Maraqlıdır,
ərzaq məhsullarının idxalının azalması daxili istehsalın artdığının göstərcisi
ola bilərmi?
Mövzu
ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Nazim Bəydəmirli daxili
istehsalın artması fikri ilə razılaşmır: "Daxili istehsal artmış olsaydı, çox
sevinərdik. Amma belə deyil. Idxaldakı azalma isə iqtisadi daralma ilə bağlı
ola bilər. Eyni zamanda pandemiya dövründə vətəndaşların
alıcılıq qabiliyyəti azaldığına görə ümumilikdə bütün ölkələrin xarici iqtisadi
əlaqələrində azalmalar müşahidə olunur.
Lakin
bu da faktdır ki, son zamanlar hökumət daxili istehsalı stimullaşdırmaq üçün müəyyən
addımlar atır. Daxili istehsalın stimullaşdırılması isə təkcə bir faktordan asılı
deyil. Fiskal siyasətin, yəni gömrük və vergi siyasətinin mərkəzləşdirilmiş
formada aparılması burada mühüm amildir. Çox təəssüf ki, daxili istehsal dedikdə
biz əsasən qida məhsullarının xammalının buraya gətirilməsi və istehsal olunması
kimi anlayışları
başa düşürük. Buna misal olaraq şəkər
tozunun istehsalını göstərmək olar. Əgər
idxalda ötən ilə nisbətdə müxtəlif məhsul növləri üzrə 50 faizə qədər artım
müşahidə olunubsa, daxili istehsaldan danışmaq mümkün deyil".
Ekspert
gömrük rüsumlarının qiymət bahalaşaması
yaratdığını da vurğulayıb:
Qiymət
artımının səbəbi həm də gömrük orqanlarının bəyannamə qiymətini artıması və nəticədə
süni qiymət artımı yaratmasıdır. Həmçinin hökumətin əlində olan rıçaqlar–
tariflərin artması da sahibkarların xərclərini artırır.
İqtisadi böhran, pandemiya və qiymət artımı alıcılıq qabiliyyətini aşağı salıb. Bu aspektdən gətirilən malların həcmində də azalmalar müşahidə edilir. Ölkədə baş verən statistik rəqəmlərin yerdəyişməsi bununla bağlı ola bilər".
Əzizə
Zeynal
Sfera.az