İdmansız və pəhrizsiz necə arıqlamalı? – Rusiyalı dietoloq bunları məsləhət görür

İdmansız və pəhrizsiz necə arıqlamalı? – Rusiyalı dietoloq bunları məsləhət görür
Tanınmış rusiyalı dietoloq pəhrizsiz və idmansız sürətlə arıqlamağın yolları açıqlayıb.

Sfera.az-ın məlumatına görə, dietoloq Tatyana Razumovskaya RİA "Novosti” yə müsahibəsində pəhriz tutmağı bacarmayan, idmanla məşğul olmaq imkanı olmayan insanların artıq çəkidən azad olmaq yollarından bəhs edib.
 
Dietoloq çəki verməkçün yuxunun vacibliyini xüsusilə vurğulayıb.

"Davamlı olaraq yuxusuz qaldıqda orqanizmdə iştahı boğan leptin hormonunun səviyyəsini aşağı düşür. Əvəzində aclıq hissini gücləndirən qrelin və kortizol kimi hormonların sayı artır. Bundan əlavə, kortizolun çoxluğu nizamsız yeməyə və qarın nahiyəsində piylənmənin meydana gəlməsinə səbəb olur", - deyə mütəxəssis açıqlayıb.

Razumovskayanın fikrincə, arıqlamaq istəyənlər öz rasionlarına lif daxil etməlidir. Belə ki, qida lifləri xolesterol və şəkərin səviyyəsini normallaşdırır, bağırsaqlara müsbət təsir göstərir və aclığı aradan qaldırır.

"Gündə 20-40 qram lif yeməlisiniz ”,- deyə Razumovskaya bildirib.
 
Yəni, gündəlik rasionunuza paxlalılar, tam taxıl çörəyi, quru meyvələr, qoz-fındıq, tərəvəz və dənli bitkilər daxil edilməlidir.

"Gündəlik qidanızda kifayət qədər zülalın olması da vacibdir.Ümumi çəkinizin hər kiloqramına 1,2 - 1,5 qram arasında arasında zülal düşməlidir. Süd  və ət məhsulları, balıq və digər dəniz məhsulları, yumurta və tərəvəz , eləcə də qoz-fındıq, paxlalılar və soya zülalla zəngin qida növlərinə aiddir" – deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, orqanizm zülalları həzm etmək üçün karbohidratlardan daha çox kalori sərf edir. Bunun sayəsində zülalın həzmi üçün daha çox vat tələb olunur və toxluq hissi daha uzun çəkir.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...

Bu rayonlarda qaz olmayacaq

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ...