"“İdmanda növbəti nailiyyətləri əldə edə bilərik”" - Yeni nazir
İdman
10:28 / 13.09.2021
627
"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir".
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov öz Feysbuk səhifəsində etdiyi paylaşımda yazıb. O bildirib:
"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm".