İdmançılarımızın rəqibləri bəlli oldu

İdmançılarımızın rəqibləri bəlli oldu
Aprelin 1-də Antalyada start götürəcək cüdo üzrə "Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib.
 
Sfera.az xəbər verir ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy türkiyəli Emirhan Qarahan, Kəramət Hüseynov (hər ikisi 60 kq) moldovalı Nikolae Foca, Nicat Şıxəlizadə irlandiyalı Nazon Burns-qazaxıstanlı Çingizxan Saqynalıyev cütünün qalibi, Orxan Səfərov (hər ikisi 66 kq) belçikalı Kennez Qansbeke-maltalı Jeremi Sayvell cütünün qalibi ilə qarşılaşacaqlar.

Ağır çəkili cüdoçularımız Murad Fətiyev Abylaixan Zubanazar (Qazaxıstan) - Damian Stepien (Polşa) cütünün qalibi, Zelim Tskayev (hər ikisi 81 kq) moldovalı Fetra Ratsimizia, Elmar Qasımov fransalı Cyrille Maret, Zelim Katsoyev (hər ikisi 100 kq) İsaak Bezzina (Malta), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) avstraliyalı Daniel Allerstorfer-liviyalı Ali Omar cütünün qalibi ilə mübarizə aparacaqlar.

Qadınların turnirində isə Leyla Əliyeva avstriyalı Katerina Tanzer, Aişə Qurbanlı (hər ikisi 48 kq) türkiyəli Hanife Özcan-rusiyalı Anastasiya Pavlenko cütünün qalibi, Gültac Məmmədəliyeva (52 kq) çinli Kexin Zang, Günel Həsənli (70 kq) ispaniyalı Mariya Baerabeu ilə güclərini sınayacaqlar.

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...