Yığmamız FİFA reytinqində gerilədi

Yığmamız FİFA reytinqində gerilədi
 

FIFA milli komandaların yeni reytinqin siyahısını açıqlanıb.

Sfera.az  xəbər verir ki, Azərbaycan millisi 2 pillə geriləyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1189 xalla 111-ci sırada qərarlaşıb. Yığma hesabat dövründə yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gəlsə də, AVRO-2020-nin seçmə matçında Macarıstana uduzub - 0:1. 

Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya isə 1 pillə irəliləyib. Zlatko Daliçin baş məşqçi olduğu komanda 1631 xalla 7-ci sıradadır. 1 pillə geriləyən Uels 1524 xalla 24-cüdür. 2 sıra aşağı düşən Slovakiya 1493 xalla 31-ci mövqedədir. Macarıstan isə 1429 xalla 50-ci yerdə qalıb.

Qeyd edək ki, ilk 4 sırada dəyişiklik olmayıb. Belçika 1755 xalla liderdir. Fransa 1726 xalla 2-ci, Braziliya 1715 xalla 3-cü, İngiltərə isə 1651 xalla 4-cüdür. 1642 xala malik Uruqvay isə Portuqaliyanı keçərək 5-ci pilləyə yüksəlib.


OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...