11 futbolçu həbs olundu

11 futbolçu həbs olundu

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi 8 futbolçunu və 3 veteran oyunçunu danışılmış oyunlarda iştirak etdiklərinə görə saxlayıb.

 

Lent.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.

 

 

 

Bildirilir ki, sabiq futbolçular Vaxtanq C., Laşa Ç. və Nika D., "Çiatura” klubundan İrakli X., "Quriya Lançxuti” klubundan Robert İ. və İrakli B., eləcə də "WIT Georgia” klubundan Coni Ş., Georgi Q., Nikoloz M., Paata Qx. və Nodar K. əməliyyat yolu ilə saxlanılıb.

 

Məlumata görə, həmin futbolçular cinayətkar qrupdan əldə etdikləri pulun qarşılığında matçda bilərəkdən uduzublar. Oyunçular ümumilikdə 93,5 min lari (34 min dollar) pul əldə ediblər.

 

Onları hazırda 4 ildən 6 ilədək həbs gözləyir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - SİYAHI

Azərbaycanda mövcud olan bəzi ali təhsil müəssisələrinə aid tələbə yataqxanalarının qiyməti məlum olub.   Sfera.az xəbər verir ki, yataqxanaların ümu...

Dubayda dünya rekorduna imza atacaq daha bir göydələn tikilir - FOTO

Dubayda dünyanın ikinci ən hündür göydələni olan Burj Əzizinin tikintisinə başlanılıb. Hündürlüyü 725 metr olan fenomenal binada 7 ulduzlu otel, restoranlar və ...

Məktəblilər Mi-8 helikopterini yandırdılar - FOTO

Rusiyanın Noyabrsk aerodromunda dəyəri təxminən 300 milyon rubl olan Mi-8 helikopteri yanıb.    Sfera.az bildirir ki, yanğın iki azyaşlı tərəfin...

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.  ...

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşır...

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşdü

Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.   Sfera.az xəbər verir...