Azərbaycanda daha bir dopinq biabırçılığı - 4 idmançıya sanksiya tətbiq edildi

Azərbaycanda daha bir dopinq biabırçılığı - 4 idmançıya sanksiya tətbiq edildi
 Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

"Report”un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında bildirilir. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb.

Rzayev, Əfəndiyev və Cəlilovdan alınmış nümunələrdə isə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Birincinin orqanizmində stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron maddəsi tapılıb. Digər bodibildinqçidə klenbuterol və tamoksifen metaboliti aşkarlanıb. Sonuncuda isə dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon təsbit edilib.

2012-ci ildə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı olmuş Mikayılovun cəzası 2017-ci il iyulun 5-də qüvvəyə minib və 2019-cu il yanvarın 5-də başa çatacaq. Bodibildinqçilərə gəldikdə, Rzayev və Əfəndiyevdə bu müddət 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilovda isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək nəzərdə tutulub.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...