Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi


Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.
 

Sfera.az bildirir ki, ölüm səbəbi infarkt olub.


İlya "Golem" Efimçik gündə yeddi dəfə yemək yeyib, 108 ədəd suşi və 2,5 kiloqram biftek daxil olmaqla 16500 kalori istehlak edir və 6-7 litr su içirdi.
 

185 santimetr boyu ilə 158 kq çəkidə olub.
 

O, 272 kq-lıq skamya presi ilə çıxış edib, çömbəlmə və detamlift üzrə şəxsi rekordu 317 kq olub.
 

Bildirilir ki, sentyabrın 6-da İlya Efimçik evdə infarkt keçirib.


Bodibilder helikopterlə xəstəxanaya aparılıb, sonra komaya düşüb.
 

Peşəkar şəkildə yarışmasa da, o sosial mediada çox məşhurlaşıb və İnstaqramda 300.000-dən çox izləyicisi olub. Pərəstişkarları onun insan performansının sərhədlərini aşdığına inanırdılar.
 

İlya "Golem" Efimçik bildirib ki, o, həmişə Arnold Şvartsenegger kimi sinə və biseps sahibi olmaq istəyib. İlya Efimçik Belarusda, daha sonra Çexiyada, ABŞ-da və Dubayda yaşayıb.
 

"Mənim transformasiyam illərlə etdiyim ağır məşq, nizam-intizamın fiziologiyası və qidalanma anlayışı ilə birləşmənin nəticəsi idi. Missiyam insanlara iş etikası aşılamaq idi ki, onlar qorxuları ilə üzləşə və onlara qalib gələ bilsinlər, özlərini və başqalarını yaxşılaşdırmaq üçün inamla hərəkət edə bilsinlər"-deyə İlya müsahibələrinin birində bildirib.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? - RƏSMİ

Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.   Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi...

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntel...

"YouTube"da çoxdan gözlənilən YENİLİK

"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıraca...

Gəncə terrorundan 4 il ötür

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.   Sfera.az xəbə...

Keçmişdən bu günə mövcud olan dəhşətlər

Müasir tibb çiçək, poliomielit, məxmərək, difteriya kimi ən təhlükəli xəstəliklərin bir çoxunu aradan qaldırıb. Ancaq keçmişdən gələn bir çox, o cümlədən vəba k...

Anbarda tapılan və cəmi 50 dollara alınan antik rəsm 200 min dollara satıla bilər

Nyu-Yorkda bir vaxtlar 50 dollara alınan rəsm hərraca göndərilir.   Sfera.az bildirir ki, Kanadalı rəssam Emili Karrın 1912-ci ildəki əsəri olduğu müəy...