Mauritsio Poçettino ABŞ millisində çalışmağa RAZILIQ VERDİ
İdman
12:50 / 15.08.2024
4050
Mauritsio Poçettino ABŞ millisinin baş məşqçisi ola bilər.
Sfera.az-ın "The Athletic"ə istinadən məlumatına görə, "Çelsi"dən ayrıldıqdan sonra işsiz qalan 52 yaşlı argentinalı mütəxəssis ABŞ-də işləməyə razılıq verib.
Qeyd edək ki, ABŞ millisi Amerika Kubokunda Uruqvay, Panama və Boliviya ilə birlikdə yer aldığı qrupdan çıxa bilməyib. Bundan sonra baş məşqçi Qreq Berhalterlə yollar ayrılıb. M.Poçettino daha əvvəl PSJ (Fransa), "Tottenhem", Sauthempton" (hər ikisi İngiltərə) və "Espanyol"u (İspaniya) da çalışdırıb.