Şahmat
Eltac Səfərli “Masters”də vahid lider olub
12:49 / 21.07.2024
11262
Azərbaycan şahmatçısı Eltac Səfərli Belqradda keçirilən “Masters” turnirində vahid lider olub.
Sfera.az xəbər verir ki, o, səkkizinci turda ardıcıl dördüncü qələbəsini qazanıb.
Səfərli bu dəfə əlavə göstəricilərdə qrossmeysterimizdən geri qalan Ariel Erenberqə (İsrail) qalib gəlib.
Şahmatçımızın aktivində 7 xalı var. Ona turnirin qalibi olmaq üçün sonuncu turda heç-heçə də kifayətdir.