“Qarabağ” bu gün iki matça çıxacaq

10:00 / 09.07.2024
2607
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.
Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayacaq.
Günün ikinci matçında isə Azərbaycan çempionu saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.