"Qarabağ" 32-ci oldu
İdman
14:19 / 10.12.2016
2652
Ağdamın "Qarabağ” futbol klubu Avropa Liqasının qrup mərhələsini 48 iştirakçı arasında 32-ci pillədə başa vurub.
"J” qrupunda mübarizə aparan Ağdam klubu 7 xalla 4 klub arasında üçüncü yeri tutub.
Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edən digər komanda "Qəbələ” isə "C” qrupunu xalsız başa vurub. Roman Qriqorçukun yetirmələri 48 iştirakçı arasında ən aşağı nəticə göstəriblər.