Məşhur futbolçular ittiham olunur

Məşhur futbolçular ittiham olunur

Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir.
 
APA-nın xəbərinə görə, bu barədə "Der Spiegel” nəşri yazıb.

Məlumata görə, Almaniya yığmasının yarımmüdafiəçisi  Məsut Özil, Portuqaliya millisinin müdafiəçiləri Pepe və Rikardu Karvalyu, məşhur kolumbiyalılar Hames Rodriqes və Radamel Falkao vergidən yayınmaqda şübhəli bilinirlər.
 
Qeyd olunur ki, Özildən başqa adıçəkilən futbolçular tanınmış futbol agenti Jorj Mendeşin müştəriləridir. İddiaya əsasən, fırıldaqçılıq sxeminin müəllifi məhz J.Mendeşdir.
 
Bundan əvvəl "Der Spiegel” Kriştianu Ronaldunun iri məbləğdə vergidən yayınmasına dair məlumat yayıb. Məlumata görə, K. Ronaldu Britaniya Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsi ilə  150 milyon avronu vergidən gizlədib.



OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...