\"Araz\" UEFA kubokuna məğlubiyyətlə başladı

\


Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib.

 

Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan Azərbaycan çempionu "Araz” ilk oyununa çıxıb.

 

Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın "Nasional” klubu ilə görüşüblər. Zaqrebdə baş tutan qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoriti olsalar da, yekunda məğlub olublar.

 

İlk turun qrupumuzdakı digər oyununda UEFA kubokunun hazırkı sahibi Rusiya "Yuqra”sı ilə elit-raundun debütantı olan Almaniya "Hamburq”unu məğlub edib - 4:0.

 

23 noyabr
UEFA kuboku, Elit raund
B qrupu, I tur

 

"Nasional” (Xorvatiya) - "Araz” (Azərbaycan) - 2:1

Qol: Novak, 36, 39.51 - Fineo, 39.59

 

 "Yuqra” (Rusiya) - "Hamburq” (Almaniya) - 4:0


OXŞAR XƏBƏRLƏR

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak edir.   Sfera.az xəbər verir ki, Albaniy...

"Məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalıdır" - Hüquqşünas

Son vaxtlar Bakıda uşaq oğurluqları ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Sosial şəbəkələrdə və xəbər portallarında yayılan məlumatlara görə, bir neçə ...

Milli Məclisin növbəti iclasının vaxtı açıqladı

Milli Məclisin növbəti iclası 23 mayda keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr...

Həkim və əczaçıların sertifikasiyası üçün yeni prosedurlar müəyyənləşdi

Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar icla...

Prezident İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb - VİDEO

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Litvanın Baş naziri Gintautas Palukas ilə görüşüb. ...

Bu işçilər sınaq imtahanından keçəcək - Rəsmi

Həkimlərin və əczaçıların sertifikasiyası ilə əlaqədar sınaq imtahanı da təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...