\"Qarabağ\"ın baş məşqçisi: \"Yeni transfer etmə ehtimalımız var\"

\

"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq".

 

Sfera.az xəbər verir ki, bunları "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis bildirib ki, rəqibi yaxından tanımamaları onlara çətinlik yaradıb: "Dünənki "Zirə" - "Kəpəz" matçı və bu görüş göstərdi ki, işimiz asan olmayacaq. İstənilən halda, oyunçular ilk qarşılaşmadan necə hazırlaşmalı olduqlarını başa düşdülər. Mahmud Qurbanova və onun komandasına uğurlar arzulayıram. Ötən il bir məğlubiyyətimiz "Səbail"dən olmuşdu. Builki transferlərdən görünür ki, indi daha iddialıdırlar".

 

Onun sözlərinə görə, bu matçdakı rotasiyalar Macarıstan "Ferentsvaroş"u ilə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı üçün zədədən qaçmağa yönəldilib: "Hardasa zədədən bir qədər ehtiyatlanırdıq. Ancaq bunun üçün rotasiyalar etdik. Bəlkə də kimsə az, kimsə çox oynadı. Sevindirici haldır ki, zədə olmadı".

 

Baş məşqçi "Sumqayıt"la növbəti tur qarşılaşmasının təxirə salınması üçün müraciət etməyəcəklərini bildirib: "Bəlkə də qarşıdakı turlarda Peşəkar Futbol Liqasından avrokubok matçı ilə əlaqədar bizə istirahət verilməsini istədik. Ancaq indiki durumda buna ehtiyac görmürük".

 

O, yeni transfer Julio Romanın oyunundan razı qaldığını diqqətə çatdırıb: "Bir neçə oyundan sonra daha yaxşı Roman görəcəyik. Ancaq tam əminliklə deyə bilməyəcəyəm ki, o, "Ferentsvaroş"la oyunda start heyətdə yer alacaq, ya yox".

 

Q.Qurbanov bildirib ki, transfer məsələsini hələ bağlamayıblar: "Yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq, imkan olduğu qədər transfer etməyə çalışacağıq".

 

Baş məşqçi sosial şəbəkələrdə çempionat oyunlarına bilet satışının təşkil edilməsi ilə bağlı yaranan narazılığa da toxunub: "Bu, mənə aid olmayan məsələdir. Əlbəttə, bütün insanların yaşayış tərzi eyni deyil. Ancaq inanmıram ki, çempionat oyunlarına bilet satışının olması azarkeş sayına təsir etsin. Klubda bu işlə məşğul olan ayrıca şəxslər var. Daim istərdim ki, azarkeşlər stadionu doldursunlar".


OXŞAR XƏBƏRLƏR

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...

53 abituriyent buraxılış imtahanından maksimum bal toplayıb - ADLAR

Xəbər verdiyimiz kimi, 10 mart 2024-cü il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.  ...

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmə...

Polşada məktəblərlə bağlı QƏRAR VERİLDİ: "1-3-cü sinif şagirdləri..."

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk...

İlham Əliyev: "Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbay...

Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Co...