İdman zallarına dair metodik göstərişlər açıqlandı

İdman zallarına dair metodik göstərişlər açıqlandı
Səhiyyə nazirinin müavini idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlər sənədini imzalayıb.

Sfera.az xəbər verir ki, sənəddə deyilir:

- İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə (bundan sonra "idman obyektləri”) orada çalışan işçi heyətin ən azı 80%-nin "peyvənd sertifikatı”na və ya "immunitet sertifikatı”na malik olması halında icazə verilməsi (1 iyul 2021-ci il tarixindən etibarən);

- İdman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaşın təyin edilməsi;

- İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafənin təmin olunması;

- Əməkdaşların birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə) yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunması;

- İdman avadanlıqları arasında 1,5 metr məsafənin təmin olunması;

- İdman zallarında hər istifadəçi üçün minimum 4 kvadratmetr sahənin nəzərdə tutulması;

- Məşqçi heyətin yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməsi;

- İdman obyektlərində qidalanmanın COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməsi;

- İdman obyektlərinə yalnız "peyvənd sertifikatı” və ya "immunitet sertifikatı”nın eTabib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim edən istifadəçilərin girişinə icazə verilməsi;

- yalnız təbii və ya texniki havalandırma sisteminə malik olan idman obyektlərinin fəaliyyətinə icazə verilməsi;

- İdman obyektlərinin girişlərinin təmassız termometrlərlə təmin edilməsi, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirməsi;

- İdman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, əməkdaşların və istifadəçilərin onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməsi;

- İş gününün sonunda və hər məşq prosesindən sonra növbəti istifadəçi və ya qrup daxil olmazdan əvvəl havalandırmanın həyata keçirilməsi;

- Sanitar-məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələr ilə fasiləsiz təmin olunması;

- Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi;

- İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

- Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

- İdman obyektlərinin giriş-çıxış zonalarında və digər görünən yerlərdə COVİD-19 infeksiyasının profilaktikası ilə bağlı məlumat lövhələrinin yerləşdirilməsi.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...