İdman arenalarında toy şənlikləri - VİDEO

İdman arenalarında toy şənlikləri -  VİDEO

Son günlər cəmiyyətdə müzakirə edilən mövzulardan biri də Azərbaycandakı idman arenalarında

 toy mərasimlərinin təşkili ilə bağlıdır. Artıq Bakı Olimpiya Stadionunda toy şənliklərinin keçiriləcəyi

 məlumdur. Bununla bağlı Bakı Olimpiya Stadionunun rəsmi saytında elan da yerləşdirilib. Eyni

 zamanda, gənclər və idman naziri Azad Rəhimov bu günlərdə jurnalistlərə açıqlamasında deyib ki, 

Bakı Atıcılq Mərkəzində də toy mərasimlərinin keçirilməsi üçün əlverişli şərait var. Mövzunun aktuallığını

 nəzərə alan Xəzər TV-nin ənənəvi "Aktual Qonaq" proqramının növbəti efir vaxtı bu mövzuya həsr

 olunub. Beləliklə, proqramda Azərbaycandakı mövcud idman kompleklərindəki şərait, onların  gəlir

 əldə etmə və özünü maliyyələşdirmə imkanlarından bəhs edilib.  Proqüramın qonağı Gənclər və İdman

 Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova olub.

"Xəzər Xəbər" "Aktual Qonaq" proqramını təqdim edir.


OXŞAR XƏBƏRLƏR