“İDEAL Perfumery&Cosmetics” dükanından ŞİKAYƏT VAR

“İDEAL Perfumery&Cosmetics”  dükanından ŞİKAYƏT VAR
 Turan Turan nikli istifaddəçi facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb. Onun şikayəti Sumqayitdaki "İDEAL Perfumery&Cosmetics” dükanındandır.
 
Sfera. az xanım istifadəçinin paylaşımını oxucularına təqdim edir:
 
"8 mart öncəsi hədiyyə almaq üçün Sumqayitdaki "İDEAL Perfumery&Cosmetics” dükanına getmişdim. Əvvəlki günlərə nisbətən adam çox idi deyə, saticilar xidmət göstərməyə catdirmirdilar. Hətta onlardan birinə müraciət edəndə (eynekli qarayaniz qiz idi) həmən hansı qiymətə ətir almaq istədiyimi soruşdu, halbuki ondan məsləhət istəməmişdim.50 - 100 AZN civarinda ətir istədiyimi biləndə ağız büzüb uzaqlaşdi.
 
Uzun sözün qısası, başqa bir saticiya muraciət etdim, o kömək etdi və cəmi 3 ətir seçdim. Bəyəndiyim ətirlərdən biri də Mont Blanc idi. Ətirləri götürüb götürüb xəzinəyə yaxinlaşanda məlum oldu ki, Mont Blanc ətirinin adı sistemdə olmadığından onun qiymətini vura bilmirlər. Problemi həll etmək üçün meneceri cağirdilar, o da ətiri götürüb yoxa çixdi.
 
Sonra məlum oldu ki, ətiri mənə sata bilməzlər (səbəbini elə də anlamadım). Daha sonra həmin menecer münasib qiymətə başqa bir ətir məsləhət gördü. Xəzinəyə yaxinlaşanda isə o ətirin də qiyməti menecer dediyindən fərqli çixdi. Hədiyyə almali olduğum üçün başqa bir ətir seçib ödəniş etdim.
 
Şikayət etməyi ümumiyyətlə sevmirem, amma bu məsələni sizinlə paylashmaq istədim. Ümid edirəm ki, az da olsa, məni anladınız.”
 
Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...