No Image
No Image

"İdeal”ın keçmiş sahibinin məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az-ın-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, cinayət işinə baxan hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun ikinci dəfə koronavirusa yoluxma ehtimalı var və o bu gün test verib.

Məhkəmə prosesi bu səbəbdən mayın 24-nə qədər təxirə salınıb.

Qeyd edək ki, İ. İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR