İctimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradıldı

İctimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradıldı
İctimai yerlərdə su sızıntılarının xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimatı keçirilib.

Sfera.az xəbər verir ki, tətbiq barədə iştirakçılara IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov məlumat verib.

O qeyd edib ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönələn mobil tətbiqin yaradılması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci ildə 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb.

BMT İnkişaf Proqramının QEF Kür II Layihəsinin Regional kommunikasiyalar üzrə meneceri Sona Quliyeva isə çıxışında əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilərin 20-70 % arasında olduğunu bildirib: "Yəni, su paylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan təmizlənmiş, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu isə suyun təmizlənməsinə sərf olunan vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir".

O vurğulayıb ki, suyun qənaətinə yönələn Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir: "Tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcə videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru və s. daxildir. Tətbiq həm Android, həm də IOS platformalarında işləyəcək".

Tədbirin davamında proqramın istifadə qaydaları barədə geniş təqdimat olub.

Qeyd edək ki, mobil tətbiq IDEA İctimai Birliyi və BMT İP-QEF Kür II Layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu ASC ilə tərəfdaşlıq çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "AzInTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb. // "Report"

OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...